İran prezidenti Məsud Pezeşkian son açıqlaması ilə əlavə səlahiyyətlər istədiyini dilə gətirib.
Tribuna.az xəbər verir ki, o, hazırkı şərtlərlə ölkəni idarə etməyin mümkün olmadığını bildirib.
İran prezidenti deyib ki, ölkənin hazırkı sosial-iqtisadi və siyasi problemlərinin mövcud yanaşmalarla həllinin mümkün deyil. “Ölkənin çətinliklərinin aradan qaldırılması üçün ya yeni həll yolları tapılmalı, ya da tamamilə yeni idarəetmə yanaşmaları formalaşdırılmalıdır”.
Fərda Uğur









