Tribuna.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Tehran ABŞ-la konstruktiv dialoqa hazır olub, lakin Vaşinqton müharibə yolu ilə razılaşmanı pozub.
“Biz razılaşma imzalamağa hazır idik, amma ABŞ müharibə başladaraq onu pozdu. İndi isə ölkəmizi təhqir edən şərtlər təklif edirlər və mən bunları qəbul edə bilmərəm. İran alçaldılmasına yol verməyəcək və zəif, parçalanmış dövlət statusu ilə razılaşmayacaq”, — deyə Pezeşkian vurğulayıb.
Bununla yanaşı, İran prezidenti qeyd edib ki, ölkəsi münaqişə axtarmır. “Biz dəfələrlə bəyan etmişik ki, nüvə silahı yaratmaq niyyətində deyilik və istənilən yoxlamalara hazırıq”, — deyə o əlavə edib.
İmran Kərimli









