Petrosyan: “Azərbaycanın siyasəti Ermənistan üçün nümunə olmalıdır”

Petrosyan: “Azərbaycanın siyasəti Ermənistan üçün nümunə olmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Avrasiya İqtisadi Birliyinə qətiyyən qoşulmadı. Zelenskini sakitcə ölkəyə dəvət etdi. Xeyli Rusiya vətəndaşları Bakıda həbs edildi və Azərbaycan NATO ilə təlimlər, əməkdaşlıqdadır”.

Tribuna.az xəbər verir ki, bunu erməni İctimai xadim Roman Petrosyans deyib.

Onun sözlərinə görə, bu qədər hadisəyə rəğmən, Rusiya Azərbaycana qarşı heç bir qadağa, ticarət müharibəsi aparmır. “Həm də  Azərbaycanın məhsullarının idxalına məhdudiyyət qoyulmadı”.

Petrosyans hesab edir ki, Azərbaycanın hərəkətləri Ermənistan üçün nümunə olmalıdır. “Bununla Rusiya Ermənistana da, eyni səbr və dözüm və həm bərabər tərəf kimi yanaşmağı öyrənsin”.

Erməni ictimai xadim sonda qeyd edib ki, ruslar onları Qarabağda boşuna istifadə edərkən, Azərbaycan ağıllı şəkildə öz siyasətini qurmağa nail olub. “Bizi ruslar 30 il Qubadlı düzündə səngərlərdə, istehkamlarda yatızdırdığı dövr, Azərbaycan öz dövlətçiliyini, xarici siyasətini, ordusunu qurdu”.

Fərda Uğur