Peskov: Baltikyanı ölkələr regiona NATO qüvvələrini cəlb etmək istəyir

Peskov: Baltikyanı ölkələr regiona NATO qüvvələrini cəlb etmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Litva prezidenti Gitanas Nausedanın Rusiyanın Baltikyanı obyektlərə hücum planlaşdırdığı barədə iddialarını şərh edib.

Tribuna.az  xarici mediaya istinadən xəbər verir ki, Peskovun sözlərinə görə, Litva və digər Baltikyanı ölkələr uydurduqları “Rusiya təhlükəsi” bəhanəsi ilə regiona mümkün qədər çox NATO qüvvəsi və infrastrukturu cəlb etməyə çalışırlar:

“Bu, əhalinin beynini yumağa davam etmək və onları növbəti hərbiləşdirməyə hazırlamaq üçün ortaya atılan növbəti qorxu hekayəsidir. Bunun üçün başqa bir ölkənin – bu halda bizim – düşmən obrazını yaratmaq və bu bəhanə ilə Baltikyanı ölkələrə NATO-nun hərbi infrastrukturunu cəlb etməyi davam etdirmək lazımdır”.