Peşə Təhsilinin İnkişaf Fondu kənd təsərrüfatı məhsullarının emalı üçün avadanlıqlarının satın alınması üzər tender keçirib.
Tribuna.az xəbər verir ki, Fond bu avadanlıqları “MONO ENGINEERING” MMC-dən alacaq.
Məlumatda qeyd edilir ki, tenderin dəyəri 950 min 926 manat təşkil edir.
Bildirək ki, Peşə Təhsilinin İnkişaf Fondu 2025-ci ildə cəmi iki tender keçirib. İkinci tender isə bu ilin avqustunda reallaşıb. Məqsəd isə 1 ədəd xidməti avtomobil almaq olub. Sedan tipli həmin avtomobil isə “AUTO AZƏRBAYCAN” MMC-dən 63 min 500 manata satın alınıb.
Onu da bildirək ki, Fondun tenderini udan “MONO ENGINEERING” MMC-nin bu yeganə tenderidir. Bundan öncə şirkət heç bir tenderin qalibi olmayıb.
Qeyd edək ki, “MONO ENGINEERING” şirkətinin hansı tarixdə yaradıldığı barədə açıq mənbələrdə məlumat yoxdur. Bilinən odur ki, şirkət kənd təsərrüfatı məhsullarını saxlamaq və emal edilməsi üçün avadanlıqların satışı ilə məşğuldur. Şirkətin rəhbəri isə Pərvin Rzayevdir.
Fərda Uğur









