Ötən gün məlum olub ki, Pentaqon İranda quru əməliyyatlarına başlamaq üçün hazırlıqlara başlayıb.
Tribuna.az xəbər verir ki, artıq bölgəyə 3500 nəfərlik desant briqadası gətirilib.
“The Washington Post” qəzeti ABŞ rəsmilərinə istinadən bildirib ki, hərbi əməliyyatlar bir neçə ay üçün nəzərədə tutulub. “Hər hansı potensial kampaniya tammiqyaslı işğal olmayacaq. Buraya xüsusi təyinatlı qüvvələrin və adi piyadaların basqınları daxil ola bilər”.
İran tərəfi də məsələ ilə bağlı hazırlıqlara başlayıb.
Tribuna.az xəbər verir ki, ölkədə səfərbərlik elan edildiyi və SEPAH üçün 1 milyon əsgərin toplanılmasına başlanıldığı vurğulanır. Bundan başqa, İran İraqdakı proxy təşkilatı olan “Həşdi Şəbi”nin 40 min silahlı üzvünü də İrana keçirib. Onlar əsasən Hörmüz boğazı istiqamətində yerləşdirilib.
Qeyd edək ki, “Həşdi Şəbi”nin bundan öncə 20 min üzvü də İrana yerləşdirilmişdi. Müharibənin ilk günlərdə baş verən bu hadisə yaranmış boşluqları doldurmaq məqsədi daşıyırdı. Bundan başqa, sözügedən silahlı dəstə İranda yanvar ayında keçirilən aksiyaların qanla yatırılması prosesində də aktiv tərəf kimi çıxış edib.
Fərda Uğur









