Paşinyanla bağlı qərar verildi – metro skandalı

Paşinyanla bağlı qərar verildi – metro skandalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Korrupsiyanın Qarşısının Alınması Komitəsi Nikol Paşinyanın metrodakı davranışı ilə bağlı məhkəmə prosesi başlatmayıb.

Tribuna.az bildirir ki, Korrupsiyanın Qarşısının Alınması Komitəsi aydınlaşdırıb ki, siyasi fiqurların davranışı ilə bağlı məhkəmə prosesinin nəticəsi vəzifəli şəxsin ictimaiyyətə açıqlama verməsidir və bu halda Baş nazirin artıq ictimaiyyətə açıqlama verdiyini, yəni məhkəmə prosesinin nəticəsində yarana biləcək nəticənin artıq baş verdiyini nəzərə alsaq, məhkəmə prosesi başlatmayıb.
Xatırladaq ki, 22 martda Nikol Paşinyan metro vaqonunda Qarabağdan getmiş Armine Mosiyanla mübahisəyə girmişdi. Qadın Paşinyanın təklif etdiyi xəritə modelini qəbul etməkdən və mövqeyini bildirməkdən imtina etmişdi. Paşinyan uşağı ilə metroda olan qadına qışqırmağa, barmağını yelləməyə və erməniləri qaçaq adlandırmağa başlamışdı.

Həsən Ağa