Ermənistanın baş naziri Nikol Paşinyanın seçkilərə iki gün qalmış “dili açılıb”. Tribuna.az xəbər verir ki, Azərbaycanla bağlı ehtiyatla danışan baş nazir son çıxışında dolayı təhdidi dillinə gətirib.
O deyib ki, hazırda, həm Azərbaycan, həm də Ermənistanda sülhə təhdid var. Baş nazir hər iki ölkədə sülh sazişinin imzalanmasına qarşı olanların varlığı iddiası ilə çıxış edib.
Lakin Ermənistan hökumətinin başçısı Azərbaycanı dolayısı ilə təhdid etməkdən də çəkinməyib. “Ermənistan 300 min və ya müəyyən edilməmiş sayda azərbaycanlının geri qayıtması ilə bağlı ritorikaya və ya təhdidə 500 min erməninin Azərbaycana qayıtması mövzusunu idarə etməklə cavab verməlidir”.
Fərda Uğur









