Ermənistanda Beynəlxalq Demokratiya Rəsədxanasının (IODA) üzvü Mark Cons mətbuat konfransında bildirib ki, Avropa İttifaqının nümayəndələri, eləcə də Amerika, Türkiyə və Azərbaycan rəsmiləri hazırkı baş nazir Nikol Paşinyana açıq şəkildə dəstək ifadə etməklə seçki prosesinə təsir göstərməyə çalışıblar.
Tribuna.az məlumat verir ki, təşkilatın hesabatına görə, Aİ Ermənistana milyonlarla avro ayırıb və əsasən qarşıdan gələn parlament seçkiləri zamanı mümkün xarici müdaxiləni izləmək üçün istifadə edib. Eyni zamanda, hakimiyyət bir sıra müxalifət liderlərinin, ruhanilərin və siyasi qüvvələrin Rusiyapərəst olması ilə bağlı ittihamlar irəli sürüb, lakin bu günə qədər heç bir dəlil təqdim edilməyib.
İODA nümayəndə heyəti 7-12 mart tarixlərində Ermənistanda səfərdə olub. İlkin qiymətləndirmə ölkənin siyasi və ictimai həyatında müxtəlif iştirakçılarla – siyasi partiyalar, ruhanilər, qeyri-hökumət təşkilatları, eləcə də seçki ədalətliliyi və insan hüquqlarının qorunmasına məsul dövlət orqanlarının nümayəndələri ilə görüşlər əsasında hazırlanıb. Missiyaya Kennet Rot, Filip Kalfayan, Sara Li Uitson və Mark Cons daxil idi.
Həsən Ağa









