Dünən “Gallup” Beynəlxalq Təşkilatı Ermənistanda mart-aprel ayında keçirdiyi sorunun nəticələrini açıqlayıb.
Tribuna.az xəbər verir ki, təşkilat Ermənistanda keçiriləcək parlament seçkilərində iştirak edəcək siyasi qüvvələrin gücünü müəyyən etməyə çalışıb.
Mindən çox şəxsin iştirak etdiyi sorğunun nəticələrinə görə, hakim Mülki Müqavilə Partiyası respondentlərin 24.3 faizini qazanıb. Baş nazir Nikol Paşinyanın seçkilərdə şansının yüksək olduğu qeyd edilib.
Paşinyanın əsas rəqibi, Rusiyanın Ermənistandakı layihəsi olan Samvel Karapetyanın “Güclü Ermənistan” Partiyası isə iki dəfə az səs alıb. Belə ki, partiya bu gün seçki olarsa, seçicilərin 13.4% faizinə ümid edə bilər.
Bundan başqa, “Çiçəklənən Ermənistan” Partiyası 7.9%, Robert Koçaryanın rəhbərlik etdiyi “Haystan” Partiyası isə 5.5% səs toplaya bilər.
Fərda Uğur









