Paşinyan: “Yaxın gələcəkdə Azərbaycanla saziş imzalayacağıq”

Paşinyan: “Yaxın gələcəkdə Azərbaycanla saziş imzalayacağıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl Bakıya səfər etmək fikri olduğunu deyən Ermənistanın baş naziri Nikol Paşinyan bu dəfə Azərbaycanla sülh sazişi imzalamaq niyyətini açıqlayıb. Tribuna.az xəbər verir ki, o, yaxın günlərdə müqavilənin imzalanacağına əmin olduğunu deyib.

O qeyd edib: “Yaxın gələcəkdə Azərbaycanla sülh müqaviləsi imzalamağa nail olacağıq”.

Bundan başqa, Paşinyan TRİPP layihəsi barədə də danışıb. “TRİPP layihəsinin icrasına bu il başlanılacaq. Bu məsələni tez bir zamanda bitirməliyik”.

Fərda Uğur