Ermənistan hökuməti bazar günü tam tərkibdə istefa verəcək.
Tribuna.az xəbər verir ki, bunu sözügedən ölkənin baş naziri Nikol Paşinyan bildirib.
O qeyd edib ki, parlament seçkilərindən sonra yeni hökumətin tərkibi müəyyən olunmalıdır. Və qanuna əsasən hökumət istefa verməli və yenidən formalaşdırılmalıdır.
Qeyd edək ki, Paşinyanın yeni hökumətində bir sıra dəyişikliyin olacağı gözlənilir. Artıq bunun ilk əlamətləri görsənir. Məsələn, baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan istefa verib. Onun yeni hökumətdə nazir və ya nazir müavini postuna gətiriləcəyi gözlənilir. Və ya Baş nazir aparatının rəhbəri Araik Harutyunyan da işdən çıxdığını bildirib. Onun da nazir təyin ediləcəyi gözlənilir.
Fərda Uğur









