“Ermənistandakı ədalət böhranına səbəb Konstitusiya günahkardır. Biz onu dəyişməsək, heç nəyə nail ola bilməyəcəyik”.
Tribuna.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O, Azərbaycanla münasibətlərə də toxunub. Bildirib ki, hazırda Bakı ilə sülh şəraitində yaşayırlar. “Kirants məktəbliləri Azərbaycanla sərhəddən 50 metr aralıda dərsə gedirlər, 30 metr aralıda futbol oynayırlar: bu, sülhdür”.
Paşinyanın sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub. “Qeyd etmək lazımdır ki, bunun kifayət qədər güclü hüquqi bazası var. Bundan əlavə, Ermənistanla Azərbaycan arasında bərqərar olan sülhün həm də məcburi hüquqi qüvvəsi var”.
Ermənistanın baş naziri TRİPP layihəsinə də toxunub. O deyib ki, TRİPP yolu Ermənistanı təxminən 34 illik blokadadan çıxaracaq. “Bu yolun həyata keçirilməsi və təbii ki, dövlətlərimiz və xalqlarımız arasında düşmənçiliyin aradan qaldırılması prosesinin gələcəkdə davam etməsini təmin edəcək. Ermənistanla Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin imzalanması və təsdiqlənməsinə səbəb olacaq”.
Fərda Uğur









