Paşinyan sənədləri yaydı, “Qarabağ klanı”nın yalanları üzə çıxdı- DETALLAR

Paşinyan sənədləri yaydı, “Qarabağ klanı”nın yalanları üzə çıxdı- DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, dünən Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ danışıqlarına dair bir sıra sənədləri yayınlayıb.

Tribuna.az xəbər verir ki, həmin sənədlərdə Azərbaycanla aparılan danışıqlar, müzakirə olunan məsələlər, əldə olunmuş nəticələr və bir sıra başqa məsələlər yer alıb.

Qeyd edək ki, həmin sənədlərin yayılmasından sonra ortaya maraqlı mənzərə çıxıb. Belə ki, məlum olub ki, Azərbaycan bütün danışıqlarda prinsipial mövqe sərgiləyərək, ermənilərə hər hansı ciddi güzəştə getməyib. Eyni zamanda, Koçaryan, Sarkisyan və digərlərinin iddia etdiklərindən fərqli olaraq, iki vacib məqamda da Azərbaycanın üstünlüyü dəqiqləşib.

Həmin üstünlüklərdən biri o olub ki, beynəlxalq ictimaiyyət, habelə Minsk Qrupu belə Qarabağın Azərbaycandan ayrılması şərtini qəbul etməyib. Onların yekun qərarı və tələbi bu olub ki, Qarabağda yaşayan ermənilər yalnız Azərbaycanın tərkibində yüksək status ala bilərlər. Yəni, “müstəqillik”dən danıa bilməzlər. Bu “yüksək statusa” muxtariyyət belə daxil edilməyib.

Bundan başqa, o da bəlli olub ki, danışıqlar əsasında 7 rayon birdəfəlik və ya mərhələli şəkildə Azərbaycana qaytarılmalıymış. Lakin bu da ermənilərin istədiyi şəkidlə olmamalıymış. Həmin prosesə də Azərbaycan qərar verməliymiş.

Sənədlərin yayılmasından sonra erməni ekspertlər bildirir ki, bu sənədlər indiyə qədər “Qarabağ klanı”nın yaratdığı bütün mifləri dağıdacaq.  Onlar qeyd edirlər ki, Sarkisyan və Koçaryanın “Qarabağı almışdıq” yanlanlarını da ifşa edib.

Fərda Uğur