Paşinyan nədən qorxur?

Paşinyan nədən qorxur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan bir həftə içində ikinci dəfə Təhlükəsizlik Şurasının iclasını keçirib.

Tribuna.az xəbər verir ki, dünən təşkil edilən toplantıda regional məsələlər müzakirə olunub.

Maraqlıdır ki, Paşinyan bir həftə içində iki dəfə TŞ-nin toplantısını niyə keçirib? Erməni mediası yazır ki, hökumət İran ətrafında cərəyan edən proseslərdən ciddi şəkildə narahatdır. Üstəlik, Naxçıvana PUA hücumlarından sonra bu tədirginlik daha da artıb. Hətta analoji halın Ermənistanın başına gələ biləcəyi narahatlıqları da baş qaldırıb.

Ötən gün erməni müxalifəti “Analoji hücuma Ermənistan havadan müdafiə qüvvələri hazırdırmı” məsələsini müzakirəyə çıxarıb. Onlar bu məsələnin dərindən araşdırılmasını tələb edirlər. Lakin hökumət bununla bağlı hər hansı açıqlama verməyib.

Fərda Uğur