Paşinyan: “Müxalifət sentyabrda Azərbaycanla müharibə edəcək”

Paşinyan: “Müxalifət sentyabrda Azərbaycanla müharibə edəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ həmişə Azərbaycanın bir hissəsi olub. Sadəcə olaraq, Ermənistanın müstəqil dövlət olmasına mane olmaq üçün gizlədilib”.

Tribuna.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, bəzi qüvvələr ağır nəticələrə səbəb olacaq yeni bir sentyabr müharibəsi hazırlayırlar.  “Müharibə tərəfi hər gün daha da aşkar olur. Çünki bu partiyalar və dairələr sülhə qarşı olmadıqlarını deyirlər. Hakimiyyətə gəldikləri təqdirdə isə sülhü yenidən nəzərdən keçirməyə başlayacaqları barədə danışmağa başlayırlar”.

Paşinyan qeyd edib ki, bu, təkcə Ermənistanın ərazisinin deyil, həm də suverenliyinin itirilməsi ilə nəticələnə biləcək müharibə deməkdir.

Fərda Uğur