Paşinyan Moskvaya gedir: “Xurcun”unda nə gətirəcək?

Paşinyan Moskvaya gedir: “Xurcun”unda nə gətirəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Rusiyaya səfər edəcək.

Tribuna.az xəbər verir ki, o, Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Rəsmi açıqlamaya görə, tərəflər ikitərəfli münasibətlərin mövcud vəziyyəti, perspektivləri, tərəfdaşlıq və müttəfiqlik əməkdaşlığı, eləcə də Avrasiya regionunda əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Bundan əlavə, Putin və Paşinyan Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı barədə danışacaqlar.

Qeyd edək ki, Paşinyanın Rusiyaya səfəri seçki öncəsi nəbzi yoxlamaq məqsədi daşıyır. O, Putinin seçkilərə müdaxilə məsələsini neytrallaşdırmaq və onun fikrini bilmək istəyir.

O da dəqiqdir ki, böyük ehtimalla Putinin də konkret tələbləri olacaq. Paşinyan onu qəbul edib, etməyəcəyi isə sual altındadır.

Fərda Uğur