“Biz Azərbaycanla Konstitusiyamızla bağlı məsələni heç vaxt müzakirə etməmişik və müzakirə etmirik. Çünki bunu öz daxili məsələmiz hesab edirik”.
Tribuna.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O qeyd edib ki, Ermənistanın sülh sazişini imzalamaq üçün heç bir şərti yoxdur. Bundan başqa, o, Azərbaycanla Konstitusiya dəyişikliyi məsələsinə dair də fikir səsləndirib. “Azərbaycan Konstitusiyamızda ərazi iddialarının olmasını istəyir, yoxsa doğrudanmı Konstitusiyamızda ərazi iddialarının olduğunu səmimiyyətlə düşünür? Əgər səmimi olaraq orada problem olduğunu düşünürsə, o problemi həll etməyin ən qısa yolu sülh müqaviləsi imzalamaqdır. Nə üçün sülh müqaviləsi imzalaya bilmirik? Əgər sülh sazişi imzalanıb, ratifikasiya edilərsə biz Azərbaycana ərazi iddiası irəli sürə bilməyəcəyik”.
Fərda Uğur









