“Paşinyanın hakimiyyətdə olduğu 7,5 il ərzində Azərbaycanla 10 hərbi toqquşmamız olub. Lakin bir qarış torpaq geri ala bilməmişik”.
Tribuna.az xəbər verir ki, bu fikirləri Ermənistan Milli Konqresi Partiyasının sədr müavini Levon Zurabyan səsləndirib.
O deyib ki, Paşinyan kapitulyasiya prosesinə tamamilə təslim olub və Azərbaycana lazım olanı edir.
Zurabyanın sözlərinə görə, Zəngəzur dəhlizinin açılması və yanacaq tədarükü ilə bağlı vəziyyət yaratmaq Azərbaycan üçün çox faydalıdır. “Plan sadədir: Ermənistan Rusiya yanacağından imtina etməlidir. İrandan yanacaq almaq perspektivindən əl çəkməlidir və tamamilə Azərbaycanın təsiri altında olmalıdır”.
Fərda Uğur










