Paşinyan hansı planı hazırlayır?

Paşinyan hansı planı hazırlayır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan bir sıra açıqlamaları ilə gündəm olub.

Tribuna.az xəbər verir ki, o, Azərbaycanla əlaqələr, Qarabağ məsələsi və digər mövzulardan bəhs edib.

Paşinyan deyib ki, Ermənistan və Azərbaycan malların tranziti üçün Gürcüstana alternativ tapa bilərlər. Onun sözlərinə görə, Tbilisi hökuməti taarif məsələsində qarışıq fikirlərə sahibdir,
Onun “alternativ marşrut” yanaşması isə bir neçə istiqaməti əhatə edə bilər. Burada Zəngilandan keçməklə İran ərazisindən Nordoz gömrüyü vasitəsi ilə yük daşımanın mümkünlüyü ehtimal oluna bilər. Həmin yol demək olar ki, hazırdır və yanvarda əsas körpülərin açılması prosesi reallaşacaq.

Digər yol isə Həkəri çayı üzərində yerləşən körpü vasitəsi ilə mükmükndür. Bu, köhnə “Laçın yolu” kimi ddaha çox tanınır. Vaxtıyla Qarabağla İrəvanı birləşdirirdi ki, hər iki tərəf onu işlək hala gətirmək üçün birgə addım ata bilər.

Ermənistanın baş naziri Qarabağ məsələsinə də toxunub. O deyib ki, Qarabağ erməniləri geri qayıtmaqla heç nə qazanmayacaq. “Bu iddiadan əl çəksinlər. Qarabağ ermənilərini Ermənistan vətəndaşlığını qəbul etməyə çağırıram”.

Paşinyan Azərbaycanı beynəlxalq məhkəməyə verməkdən imtina səbəblərinidən də danışıb. O deyib ki, bu perspektivsiz və əhəmiyyətsiz işdir. “Azərbaycanı beynəlxalq məhkəməyə verməkdən imtina etdik. Çünki bu faydasız iş idi. Bu, həm də Qarabağ ermənilərini əbədi sürgün statusuna məhkum edəcək”.

O yekunda qeydd edib ki, tezliklə Qazax-Icevan yolunun açılması məsələsini də gündəmə gətirəcəklər. “Yaxın gələcəkdə İcevan-Qazax yolu məsələsini də qaldıracağıq. Bu, bizim ölkəyə yüklərin daşınması və yükllərin çıxarılması üçün ən yaxşı yollardan biridir”.

Fərda Uğur