Paşinyan əhəmiyyətsiz hesab edir, keçmiş səfir isə “boş şey” adlandırır

Paşinyan əhəmiyyətsiz hesab edir, keçmiş səfir isə “boş şey” adlandırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin qondarma “erməni soyqırımı”nı tanıması məsələsi Ermənistanda birməanlı qarşılanmayıb.

Tribuna.az xəbər verir ki, əsasən daşnaklar bu mövzuda Təl – Əvivi dəstəklədiklərini açıqlayıblar.

Lakin Ermənistanın baş naziri Nikol Paşinyan bu məsələyə reaksiya verməyin əhəmiyyətsiz olmadığını deyib: “Biz hər hansı bir reaksiya verməyə ehtiyac görmürük. Çünki hesab edirik ki, Ermənistan Respublikasının maraqlarına Ermənistan soyqırımı məsələsinin siyasiləşdirilməsindən imtina edilməsi uyğundur”.

Ermənistanın İndoneziyadakı keçmiş səfiri Dzyunik Ağacanyan da İsrailin səmimiyyətinə inanmamağı məsələhət bilib. O deyib ki, qondarma “soyqırım”ın tanınması İsrailin geosiyasi maraqlarından irəli gəlir. “Bunun oyanmış vicdandanla əlaqəsi yoxdur. Məqsəd Türkiyəni sıxışdırmaqdır”.

Fərda Uğur