“Azərbaycan qarşısında diz çökmüş biri Qarabağ uğrunda ölənlərə necə hörmət qoya bilər?”
Tribuna.az xəbər verir ki, bu fikirləri separatçı Tatevik Virabyan səsləndirib.
O iddia edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəni Azərbaycana satıb. “Paşinyan bizim öldürülmüş oğullarımızı Azərbaycan benzininə dəyişib”.
P.S. Separatçılar hələ də anlamırlar ki, Azərbaycan öz gücü hesabına illərdir mövcud olan problemi həll edib. Və bu zavallılar hələ də dərk etmirlər ki, regionda Azərbaycanla dost olmaq, qazanc deməkdir. Ən azından Gürcüstan faktorunu gözlərinin önlərinə gətirməlidirlər.
Fərda Uğur









