“Paşinyan Azərbaycanın kuklasıdır”

“Paşinyan Azərbaycanın kuklasıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda region uğrunda ciddi mübarizə gedir və Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hakimiyyəti bunu TRIPP layihəsi vasitəsilə həll etməyə çalışır. Bu Zəngəzur dəhlizinin de-fakto təşviqidir”.

Tribuna.az xəbər verir ki, bunu Ermənistan Milli Konqres Partiyasının sədr müavini Levon Zurabyan deyib.

Onun sözlərinə görə, Ermənistandakı hazırkı vəziyyət və TRİPP razılaşması Azərbaycanın 1994-cü ildə neft sektorunda bağladığı müqaviləyə bənzəyir.

Zurabyanın iddiasına görə, Paşinyan Bakının kuklasıdır. “Paşinyanın “sülh” konsepsiyası ilə Azərbaycan Ermənistanın ağası və hökmdarı olacaq”.

O iddia edir ki, Ermənistana “bir güllə belə atmadan görülməsini istədiyi işi görən” bir şəxsin rəhbərlik etməsi Azərbaycan üçün çox əlverişlidir.

Fərda Uğur