“Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası hələ baş tutmayıb”.
Tribuna.az bildirir ki, bu fikirlər Ermənistanın baş naziri Nikol Paşinyana məxsusdur.
O qeyd edib ki, onlar Azərbaycanda həbsdə olan ermənilərin Bakı həbsxanasında saxlanılmasından narahatdır.
Paşinyan 8 avqust Vaşinqton razılaşmasına da fikir bildirib. “Avqust anlaşması Ermənistan və Azərbaycanın bir-birini maneə kimi deyil, bir yol, qonşu kimi qəbul etməsinə kömək edəcək”.
Ermənistanın baş naziri Azərbaycanla sülhə nail olmaq üçün bəzi deyimlərin dayandırılmasını da təklif edib. “Sülhü dönməz etmək üçün “Dağlıq Qarabağ ermənilərinin qayıtmaq hüququ” və “Erməni qaçqınlarının Azərbaycandan qayıtması”, eləcə də Azərbaycandakı “Qərbi Azərbaycanın və Qərbi Azərbaycanlıların qayıtmaq hüququ” haqqında danışmağı dayandırmaq lazımdır”.
O, yekunda 8 avqust Vaşinqton razılaşması münasibətilə Azərbaycan xalqını təbrik edib.
Fərda Uğur









