Paşinyan: “Ararat dağları Ermənistan ərazisində deyil”

Paşinyan: “Ararat dağları Ermənistan ərazisində deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan sabiq prezident Robert Köçəryanın ölkənin onun dövründə milli kimliyin qorunması baxımından təhlükə ilə üz-üzə qaldığına dair fikirlərinə münasibət bildirib.

Tribuna.az xəbər verir ki, Paşinyan qeyd edib ki, beynəlxalq səviyyədə tanınmış Ermənistan ərazisində “Ararat” adlı inzibati vahid mövcuddur, lakin Ararat dağları Ermənistan Respublikasının ərazisinə daxil deyil.

“Beynəlxalq səviyyədə tanınmış Ermənistan ərazisində Ararat adlı iri icma və Ararat vilayəti var. Ancaq Ararat dağları Ermənistan Respublikasının ərazisində yerləşmir. Əgər siz bunu görməmisinizsə və biz də buna diqqət yetirməmişiksə, bu yalnız bir şeyi göstərir: dövlət anlayışı ilə onun olmaması arasında aydın sərhəd müəyyən edilməyib”, – deyə Paşinyan cümə axşamı keçirilən brifinqdə bildirib.

İmran Kərimli