“Paşinyan 300 min azərbaycanlının gəlişi üçün öhdəlik götürüb”

“Paşinyan 300 min azərbaycanlının gəlişi üçün öhdəlik götürüb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda seçki kampaniyası davam edir.

Tribuna.az xəbər verir ki, revanşistlər bütün təbliğatlarını Azərbaycanlıların gəlişi və Qarabağ məsələsi üzərində qurub.

Ermənistanın baş naziri Nikol Paşinyanın əsas rəqibi olan Samvel Karapetyanın “Güclü Ermənistan” Partiyası bu yöndə daha qabarıq şəkildə hərəkət edir. Ötən gün əyalətlərdən birində toplantı keçirən partiyanın sədr müavini Narek Karapetyan yenidən Qərbi Azərbaycan məsələsini qaldırıb. O iddia edib ki, Nikol Paşinyan 300 min azərbaycanlının Ermənistana gəlişi üçün Azərbaycan qarşısında öhdəlik götürüb. “Paşinyan Ermənistanda 300.000 azərbaycanlını məskunlaşdırmaq istəyir”.

Fərda Uğur