Partlayışda ölən qız qəbul imtahanından yüksək bal toplayıbmış

Partlayışda ölən qız qəbul imtahanından yüksək bal toplayıbmış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakının Yasamal rayonunda baş verən partlayışda ölən yeniyetmə qız bir neçə gün əvvəl ali məktəbə qəbul imtahanı veribmiş.
Tribuna.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, 2010-cu il təvəllüdlü Zəhra İsrafilova imtahandan 500-dən yuxarı bal toplayıbmış. Məlumata görə, qız yaxın günlərdə ixtisas seçimi edəcəkmiş.
Qeyd edək ki, iyunun 4-də səhər saatlarında Bakının Yasamal rayonu, Ümid Əkbərov küçəsində ikimərtəbəli evdə partlayış baş verib. Hadisə nəticəsində 2010-cu il təvəllüdlü Zəhra İsrafilova dünyasını dəyişib, 3 nəfər ailə üzvü isə dağıntılar altından sağ çıxarılıb.