İranda bir müddətdir davam edən narazılıqlar artıq etiraz aksiyasına çevrilməyə başlayıb.
Tribuna.az xəbər verir ki, “Cənubi Pars” neft yatağında çalışan 5000 işçinin iki gün öncə Əsəluyə bölgəsində keçirdiyi aksiya, dünən Tehrana sıçrayıb.
Məlumatlarda bildirilir ki, dünən 1000 nəfərdən çox neftçi İran parlamentinin önünə toplaşaraq, etiraz aksiyası keçiriblər. Onlar əmkhaqlarının azlığı və tələblərinin yerinə yetirilməməsindən şikayətləniblər.
Fərda Uğur









