Xəbər verdiyimiz kimi, Ermənistanda mənzillənmiş separatçıların bir qrup nümayəndəsi Fransada səfərdədir.
Tribuna.az xəbər verir ki, özünü “Qarabağ parlamenti”nin “sədri” kimi təqdim edən Aşot Danielyan ötən gün Fransadakı erməni kiləsisinin rəhbəri ilə görüşüb.
Dünən isə o, Paris meriyasına gedib. Merlə görüşmək cəhdləri isə alınmayıb. Onunla meriyanın beynəlxalq əməkdaşlıq üzrə müavini Adri Pulvar görüşüb.
Məlumatda deyilir ki, görüşdə Qarabağ məsələsi və Bakıda həbsdə olan erməni separatçılarının azad edilməsi mövzusu müzakirə olunub.
Bildirək ki, Parisin yeni meri Emmanuel Qrequarın separatçılarla görüşməməsinin konkret səbəbləri məlum deyil.
Fərda Uğur









