“Ermənistan Ordusunun Ermənistan Respublikasının hüdudlarından kənarda heç bir işi yoxdur”.
Tribuna.az xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan deyib.
O bildirib ki, Ermənistan ordusu ölkənin təhlükəsizliyimizin qarantı kimi çıxış edir.
P.S. Əslində, Papikyanın bu açıqlaması Ermənistanın işğalçı dövlət olmasının təsdiqi və etirafıdır. Yəni, nazirin sözlərinin məntiqi açıqlaması budur ki, indiyə qədər Ermənistan ordusu Azərbaycan ərazilərini işğal edib və bundan sonra bir daha belə bir fikrə düşməyəcək.
Fərda Uğur









