Özünü güllələyən bu generalın qohumu imiş – yeni FAKT

Özünü güllələyən bu generalın qohumu imiş – yeni FAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidenti akademik İsa Həbibbəylinin intihar edən baldızı oğlu ilə bağlı yeni məqamlar üzə çıxıb.

Tribuna.az-a verilən məlumata görə, Nicat Quliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin keçmiş rəisi general-mayor İlqar Abbasovun bacısının baldızı oğludur. N.Quliyev özü də Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşı olub.
Məlumatda bildirilir ki, N.Quliyev agentliyin keçmiş rəisi general-mayor İlqar Abbasovun əsas kadrı kimi tanınıb.
Mərhumun qurumda işə götürülməsi də məhz İ.Abbasov tərəfindən olub. Sabiq agentlik rəisi bu ilin oktyabrında Prezidentin sərəncamı ilə işdən azad olunub.
Qeyd edək ki, mərhumun anası Mətanət Naxçıvan Dövlət Universitetinin dosenti və kafedra müdiridir.

Gülşən Rəsul