Ovannisyan: “Ermənistanı itirə bilərik”

Ovannisyan: “Ermənistanı itirə bilərik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda parlament seçkiləri günü yaxınlaşdıqca, həyəcan da artmağa başlayır.

Tribuna.az xəbər verir ki, lakin gedişatdan məmnun olmayanlar da var.

Xüsusən müxalifətdə olan bəzi qüvvələr hadisələrin inkişafının Ermənistan üçün çox ağır nəticələr verəcəyini düşünürlər. Belə ki, Alternativ Layihələr qrupunun üzvü Vahe Ovannisyan bildirib ki, Ermənistanı seçkilərdən sonra xaos gözləyə bilər. “Biz artıq Qarabağə  belə bir ajiotaj içində itirmişik. İndi isə bu, normal insanların qorxmalı və hərəkətə keçməli olduğu eyni dəhşətli ajiotajdır. Bu dəfə ölkəni itirə bilərik”.

Fərda Uğur