Ovanissiyan: “Bunlar olmasa, müharibə olacaq”

Ovanissiyan: “Bunlar olmasa, müharibə olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Baş nazir vəzifəsini icra edən şəxs Prezident İlham Əliyevin son sözlərini davam etdirərək, öz xalqını payızda başqa bir müharibə ilə hədələdi”.

Tribuna.az bildirir ki, bu fikirləri  “Haykave” hərəkatının koordinatoru Vahe Ovannisyan səsləndirib.

Onun sözlərinə görə, Paşinyan Əliyevə birlavasitə yardım edir. “Seçkilərə ümumi zəmanətli sülh ideyası ilə gedən müxalifəti müharibə tərəfi olmaqda günahlandırmaq, seçkilərdən əvvəl yeni tələblər və şərtlər irəli sürməkdə və “Mən, yalnız mən onları yerinə yetirməyə hazıram” deməkdə Əliyevə kömək etmək deməkdir”.

Ovannisyan hesab edir ki, Azərbaycanla müharibə ritorikası təhlükəlidir. “Paşinyanın məntiqinə görə, əgər konstitusiyanı dəyişdirməsək, 300.000 azərbaycanlının Ermənistana gəlişini qəbul etməsək, Göycə gölünün bir sahilini Azərbaycana verməsək, Əliyevin digər tələblərindən heç birini yerinə yetirməsək, müharibə olacaq”.

Fərda Uğur