“Nikol Paşinyan bu gün Ermənistanın dövlət maraqlarını və erməni xalqının gələcəyini təhlükəyə atmaq baxımından sensasion bir açıqlama verib”.
Tribuna.az xəbər verir ki, bu fikirləri Ermənistanın keçmiş XİN başçısı Vardan Oskanyan səslənddirib.
O bildirib ki, 2019-cu ildəki “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı dağıdıcı müharibənin təməlini qoyduğu kimi, onun sonuncu bəyanatı gələcəkdə Ermənistanın suveren ərazisinə “yeni təcavüzlərin qanuniləşdirilməsi” üçün əsas ola bilər. “Paşinyanın azərbaycanlılara nə “təklif etdiyi” sadəcə inanılmazdır: o, onları Ermənistan ərazisini “Qərbi Azərbaycan” adlandırmaqdan imtina etməyə və orada azərbaycanlıları yerləşdirməyə çağırır. Əvəzində isə Ermənistan tərəfinin “Qarabağ ermənilərinin qayıtması” mövzusunu bağlayacağına söz verir”.
Fərda Uğur









