Onların ölümü də təsdiqləndi

Onların ölümü də təsdiqləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın rəsmi mediası ABŞ və İsrailin hücumları nəticəsində yüksək rütbəli iki hərbi-siyasi fiqurun həlak olduğunu açıqlayıb.

Tribuna.az xəbər verir ki, məlumata görə, İranın ali rəhbəri Əli Xameneinin müşaviri, admiral Əli Şamxani və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general-mayor Məhəmməd Pakpur hücumlar zamanı həyatını itirib.

İran Dövlət Televiziyası onların ölümünü rəsmi şəkildə təsdiqləyib. Hadisənin detalları və zərbələrin miqyası barədə əlavə məlumat verilməyib.

Sənan Məmmədli