Onkoloqa müraciət etməyin vacib səbəbləri açıqlanıb

Onkoloqa müraciət etməyin vacib səbəbləri açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həkim Neto: Daimi yorğunluq olduqda onkoloqa müraciət etmək lazımdır

AmorSaude təşkilatının tibbi əməkdaşı Anaor Neto bildirib ki, onkoloqa müraciət etməyi və profilaktik müayinədən keçməyi zəruri edən bir sıra həyəcanverici siqnallar mövcuddur.

Tribuna.az xəbər verir ki, onun sözlərini Terra nəşri yayıb.

Neto onkoloqun qəbuluna yazılmaq üçün əsas səbəblər sırasında daimi yorğunluğu və bağırsaq fəaliyyətində dəyişiklikləri qeyd edib. Həkimin sözlərinə görə, həmçinin sidiyə getmə ilə bağlı problemlər, uzun müddət sağalmayan yaralar, eləcə də döş və xayalarda bərkimələr (şişkinliklər) yarandıqda mütləq həkimə müraciət etmək lazımdır.

Həkimin sözlərinə görə, siqaretdən uzaq durmaq, alkoqol qəbulunu azaltmaq və sağlam çəki saxlamaq xərçəng riskini azaltmağa kömək edir. Neto əlavə edib ki, müntəzəm idmanla məşğul olmaq, sağlam qidalar qəbul etmək, isti havalarda günəşdən qoruyucu kremlərdən istifadə etmək, vaxtında vaksinasiya olunmaq, müntəzəm tibbi müayinələrdən keçmək və orqanizmin siqnallarına diqqət yetirmək vacibdir. Bu siqnallara səbəbi bilinməyən çəki itkisi və xalların rəngində dəyişiklik də daxildir.

Qeyd edək ki, daha əvvəl onkoloq İldus Muxametov mədə xərçənginin simptomlarını sadalamışdı. Onun sözlərinə görə, bu xəstəliyin əlamətlərindən biri udma çətinliyi ola bilər.

İmran Kərimli