Həkim bildirib ki, 40 yaşdan aşağı insanlarda nəcisdə qan bağırsaq xərçənginin əlaməti ola bilər.
Tribuna.az xəbər verir ki, Onkoloq Sergey İvanov gənc insanlarda bağırsaq xərçənginə işarə edə biləcək erkən simptomlardan danışıb. O, bu barədə Lenta.ru portalına açıqlamasında məlumat verib.
Həkimin sözlərinə görə, 40 yaşdan aşağı şəxslərdə bağırsaq xərçənginin əlamətləri qarın ağrısı, nəcisdə qan, uzunmüddətli ishal və dəmir çatışmazlığı anemiyası ola bilər. O vurğulayıb ki, bu simptomlardan hətta biri belə narahatlıq doğurmalı, bir neçəsinin birlikdə müşahidə olunması isə xərçəng riskini xeyli artırır.
İvanov əlavə edib ki, nəcisin xarakterində davamlı dəyişiklik, bağırsağın tam boşalmaması hissi, tualet kağızında qan izləri, səbəbsiz çəki itkisi və güclü yorğunluq hallarında müayinəni gecikdirməmək lazımdır.
İmran Kərimli









