İranda keçirilmiş etiraz aksiyalarının yatırılması zamanı törədilmiş qətliamın yeni detalları üzə çıxmaqdadır.
Tribuna.az xəbər verir ki, artıq bir çox şəhərlərdən öldürülənlərin sayı ilə bağlı konkret rəqəmlər açıqlanır.
Belə ki, Babul şəhərində öldürülənlərin 100 nəfər olduğu dəqiqləşib. Ən dəhşətlisi odur ki, qətlə yetirilənlərin bir çoxu yaralı olub və onları xəstəxanada güllələyərək, öldürüblər. Bundan başqa, Babulda yaralıların xəstəxanaya yerləşdirilməsi qadağan edilib.
Anloji hadisə İranın Qorqan şəhərində də baş verib. Orada öldürülən dinc etirazçıların sayının 76 nəfər olduğu dəqiqləşib.
“The Sunday Times” qəzeti isə İranda son hadisələr zamanı ən azı 16.500-18.000 etirazçının öldürüldüyü iddiası ilə çıxış edib. Yerli həkimlərdən aldığı məlumatlara istinadla verilən xəbərdə o da qeyd olunur ki, hadisələrdə yaralananların sayı isə 330.000-360.000 arasında dəyişir.
Fərda Uğur









