Oğurladıqları kartdan 5 min dollar çıxarıb alış-veriş etdilər

Oğurladıqları kartdan 5 min dollar çıxarıb alış-veriş etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

20 və 23 yaşlı gənclər oğurladıqları bank kartlarıyla alış-veriş edərkən saxlanılıb.

Tribuna.az xəbər verir ki, bu barədə DİN rəsmisi Elşad Hacıyev məlumat paylaşıb. O bildirib ki, gənclər kartdalı pulu nağdlaşdıra biliblər:

“Paytaxtın Yasamal rayonu ərazisində vətəndaşa məxsus bank kartından 5000 ABŞ dolları talanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 23 yaşlı Q.A. və 20 yaşlı Ş.Ə. saxlanılıblar.
Araşdırmalar zamanı məlum olub ki, onlar oğurladıqları bank kartındakı vəsaiti nağdlaşdıraraq alış-veriş ediblər.
Faktla bağlı cinayət işi başlanılıb. Onlar barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir”.

Gülşən Rəsul