Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı

Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nizami rayon İcra Hakimiyyətinin tabeliyində olan Mənzil Kommunal Təsərrüfatı Birliyinin (MKTB) keçirdiyi tender ləğv edilib.

Tribuna.az xəbər verir ki, bu barədə rəsmi mənbələrdə məlumat yayılıb.

Bildirilir ki, qurum təsərrüfat malarının satın alınmasını həyata keçirmək fikrində olub. Bu məqsədlə 139 min 995 manatlıq büdcə də planlaşdırıbmış.

Məlumatda qeyd edilir ki, MKTB sögüdən pulla 5000 ədəd 72 faizlik qara sabun, 150 ədəd bel, 150 ədəd kürək, 300 ədəd taxta sap, 200 ədəd dəmir verdə və 100 ədəd plastmas vedrə almaq fikrində olub. Lakin Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Nizami MKTB-nin istəyini reallaşdırmayıb. Buna səbəb olaraq qurumun qanunları pozduğunu qeyd edib.

Fərda Uğur