Netanyahu: İsrail öz silah istehsalını artırmalıdır

Netanyahu: İsrail öz silah istehsalını artırmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail öz silah istehsalını artırmalı və ABŞ-dən bu sahədə asılılığını azaltmalıdır.

Tribuna.az “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Quş-Etsionda döyüş bölmələrinin ehtiyatda olan zabitləri ilə görüşündə bildirib.

“Amerikalı dostlarımızdan bu illər ərzində aldığımız dəstəyi çox yüksək qiymətləndirirəm. Lakin bu gün mən deyirəm: bizim özümüzün müstəqil silah istehsalı sisteminə ehtiyacımız var. Biz öz silahlarımızı istehsal etməliyik”, – Baş nazir deyib.

Onun sözlərinə görə, İsrail hərbi istehsala daha çox öz texnologiyalarını tətbiq etməlidir.

Nəşr qeyd edir ki, ABŞ və İsrail rəsmilərinin sözlərinə görə, iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair yeni onillik çərçivə sazişi üzrə bu yaxınlarda başlayan danışıqlar mərhələli şəkildə “tam qarşılıqlı tərəfdaşlığa” keçidi hədəfləyir.