Neft Fondu 212 minə komandaqurma yarışı keçirəcək

Neft Fondu 212 minə komandaqurma yarışı keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Neft Fondu yeni layihəsini keçirmək üçün hazırlıqlara başlayıb.

Tribauninfo.az xəbər verir ki, bununla bağlı keçirilən tenderin nəticəsi açıqlanıb.
Məlum olub ki, yeni layihə komandaqurma tədbirləri və təşviqat xarakterli layihələrin təşkili xidmətlərinin satın alınmasından ibarətdir. Həmin tədbirin təşkili üçün lazım olan detalların alınması və təşkili işləri “RR TRAVEL COMPANY” MMC-yə həvalə olunub. Tenderin qalibi olan sözügedən şirkət bunun müqabilində 212 min 847 manat ödəniş alacaq.
Layihə ilə bağlı açıqlamada qeyd edilir ki, təbdir üçün zalda piano və ifaçı, müxtəlif dekorasiyalar və digər işlər görülməlidir.

Fərda Uğur