Neft Emalı Zavodunda kütləvi ixtisarlar: Bu şəxslər işdən çıxarılır

Neft Emalı Zavodunda kütləvi ixtisarlar: Bu şəxslər işdən çıxarılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SOCAR-ın “sağlamlaşdırma siyasəti” Neft Emalı Zavodunda davam edir. Bu il 50 yaşı bitən işçilər çağırılaraq onlara işdənçıxma ərizəsi yazmaq təklif olunur.

Tribuna.az xəbər verir ki, bu problemi hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı ictimailəşdirib. O bildirib ki, bu prosesin uzun çəkəcəyi görünür:

“Bu il yəqin ki, 50 yaşı tamam olan başqa işçilər də “sağlamlaşma” adı ilə işdən çıxarılacaq.

Bəlkə SOCAR “sağlamlaşdırma siyasəti”ni Baş ofisdə də reallaşdırsın? 10 vitsedən 5-nin yaşı bu siyasətə uyğundur!

Bəs şirkət prezidentinin 20 müşavirinin, müavinlərinin, köməkçilərinin, vitselərin çoxsaylı müşavirlərinin, müavinlərinin, onların müavinlərinin müavinlərini də bu prosesə cəlb eləsələr necə olar?”.

Xatırladaq ki, SOCAR, ona tabe olam strukturlar, həmçinin” “Azəriqaz” pensiya yaşına az qalmış şəxslərin kütləvi ixtisarını aparır.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Gülşən Rəsul