Rusiyanın Ədliyyə Nazirliyi televiziya viktorinalarının iştirakçısı, şair və jurnalist Vladimir Sevrinovskini “xarici agentlər” reyestrinə daxil edib. Qurumun məlumatına görə, o, xarici agentlər və arzuolunmaz təşkilatların materiallarının yayılmasında iştirak edib, həmçinin hakimiyyət qərarları barədə guya yanlış məlumatlar paylaşıb və Ukraynadakı müharibəyə qarşı çıxıb.
Tribuna.az xəbər verir ki, Sevrinovski“Что? Где? Когда?” (“Nə? Harada? Nə vaxt?”) və “Своя игра”kimi verilişlərdə iştirakı ilə tanınır.
Bundan başqa, reyestrə politoloq Aleksandr Kınev, jurnalist Auren Habiçev, ictimai fəal Aleksey Çeremuçkin və European Youth Forum da daxil edilib.
Daha əvvəl isə “xarici agent” siyahısına Agentura.ru layihəsinin də salındığı bildirilmişdi.
İmran Kərimli









