Elm və Təhsil Nazirliyi (ETM) uşaq bağçalarında qida təminatının montorinqini həyata keçirəcək.
Tribuna.az xəbər verir ki, nazirliyin tabeliyində olan Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bununla bağlı elan etdiyi tenderə yekun vurub.
Məlumatda bildirilir ki, nazirliyin keçirdiyi tenderin qalibi “DEPOT” MMC olub. ETM monitorinqin keçiriməsi üçün şirkətə 1 milyon 674 min 656 manat pul ödəyəcək.
Fərda Uğur









