Səhiyyə Nazirliyi mərkəzləşdirilmiş laboratoriya məlumat sisteminə əlavə funksionallıqların tətbiqi və laboratoriya cihazları ilə inteqrasiyaların genişləndirilməsi xidmətinə 169 150 AZN sərf edəcək.
Tribuna.az xəbər verir ki, Pravda.az-ın xəbərinə görə, xidməti “Medsys” MMC həyata keçirəcək.
Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Şirkətin rəhbəri Emil Yaşar oğlu Hüseynovdur.









