Nazir sabah da deyəcək ki… – Mütəxəssisdən ÇAĞIRIŞ

Nazir sabah da deyəcək ki… – Mütəxəssisdən ÇAĞIRIŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Süni intellekt yaxşı təhsil sistemini daha yaxşı, pis təhsil sistemi daha pis edən, onun çökməsini daha da sürətləndirən bir alətdir.

Tribuna.az xəbər verir ki, bu sözləri dosent İlham Əhmədov bildirib. O qeyd edib ki, tərsinə qurulmuş təhsil sistemini nə süni intellekt, nə də kvant kompüterlər xilas edə bilməz:

“Sİ tətbiqindən öncə, təhsili naşı menecerlərdən xilas etmək lazımdır.

Əgər təhsilin məqsədləri aydın deyilsə, müəllim peşəsi dəyərsizləşibsə, kurikulum formaldırsa, qiymətləndirmə mexaniki test məntiqinə söykənirsə, onda Sİ bu boşluğu doldura bilməz, əksinə, bu boşluq daha da sürətlə böyüyər.

SI səhv strategiyanı düzəltmir, onu optimallaşdırır.

Nazir deyir ki, Sİ dərsi dərslikdən daha yaxşı izah edir. Bizdə ola bilər, çünki, ETN-nin yazdırdığı dərsliklər dərslik deyil ki! Ona qalsa, pis dərslikdənsə, papirus üzərindəki yazılar dərsi daha yaxşı izah edər.
Nazir sabah da deyəcək ki, Sİ dərsi müəllimdən yaxşı izah edir. Ola bilər, çünki, özünün də etiraf etdiyi kimi, universitetlərimizdə keyfiyyətə təminat sistemi hələ də qurulmayıb.

Amma bütün bunlar “Sİ dərsliyi, müəllimi, meneceri əvəz edəcək” mənasını vermir.
Sİ zəif dərsliyi, zəif müəllimi, zəif meneceri əvəz edə bilər.

Dövlət də hər ay 13 000 manata qənaət edərdi, zəif menecerə verdiyi yüksək maaş qədər.
Doğurdan da, zəif təhsil sistemi yaradan menecerə niyə maaş verilməlidir ki?”.

Nigar İxtiyarqızı