İran XİN başçısı Abbas Əraqçı ABŞ-la mümkün müharibənin qaçılmaz olduğunu açıqlayıb. Tribuna.az xəbər verir ki, o, bu barədə dünən keçirdiyi mətbuat konfransında məlumat verib.
Əraqçı deyib ki, hazırda diplomatiyanın son məğlubiyyəti hadisəsi yaşanır. “İran üçün indi üfüqdə yeni bir təhlükə yaranıb: diplomatiyanın son məğlubiyyəti. Tammiqyaslı qarşıdurma şübhəsiz ki, dağıdıcı, aqressiv və İsrailin və onun havadarlarının Ağ Evə təlqin etməyə çalışdıqları xəyali zamandan qat-qat daha uzunmüddətli olacaq”.
Fərd









