Nazir milyonluq tenderi Ülvi Quliyevin oğluna məxsus olduğu bildirilən şirkətə verdi

Nazir milyonluq tenderi Ülvi Quliyevin oğluna məxsus olduğu bildirilən şirkətə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət Nazirliyinin tabeliyində olan “Əsaslı Tikinti və Təchizat” MMC Lənkəran şəhərində yerləşən “Dairəvi qala”nın bərpası işlərini sifariş edib.

Tribuna.az Pravda.az-a istinadən xəbər verir ki, təmir işlərini 1 872 243 manata “Diler İnşaat” QSC edəcək.

MMC və QSC arasında müqavilə bağlanıb.

Qeyd: Mədəniyyət naziri Adil Kərimlidir. Nizamnamə kapitalı 2010 AZN olan QSC-nin isə qanuni təmsilçisi Elxan Füzuli oğlu Süleymanov olsa da, şirkətin Milli Məclisin deputatı Ülvi Quliyevin oğlu Orxan Quluzadəyə məxsus olduğu bildirilir. Bu fakt indiyədək təkzib edilməyib.