Nazir idarə rəisi Əkbər Novruzovu təqaüdə göndərib

Nazir idarə rəisi Əkbər Novruzovu təqaüdə göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsindən azad olunub.

Tribuna.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun bir müddət əvvəl imzaladığı müvafiq əmri ilə sözügedən idarənin rəisi, polkovnik Əkbər Novruzov vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.

Onun yerinə polkovnik-leytenant Əmir Səmədov təyin olunub.

Qeyd edək ki, polkovnik Əkbər Novruzov 2023-cü ilin avqust ayında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini vəzifəsindən azad olunaraq sözügedən vəzifəyə təyin olunmuşdu.